featured-image-42630

Qadın voleybolçular arasında Azərbaycan çempionatında XI turun oyun cədvəli bəlli olub.

Msport.az xəbər verir ki, III dövrənin qarşılaşmaları yanvarın 30-31-də keçiriləcək.

Ayın 30-da “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları üz-üzə gələcəklər. Bu matç saat 15:00-da start götürəcək.

Günün digər oyunu isə saat 18:00-da “Murov Az Terminal” və “Abşeron” komandaları arasında olacaq. Hər iki qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Tura yanvarın 31-də “Azərreyl” – UNEC matçı ilə yekun vurulacaq. UNEC-in idman zalında təşkil olunacaq oyunun start fiti saat 18:00-da çalınacaq.

Bənzər xəbərlər