featured-image-24122

Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Msport.az xəbər verir ki, dördüncü dövrənin oyunlarına martın 2-də və 3-də start veriləcək.

Martın 2-də qadın voleybolçular arasında Yüksək Liqada 10-cu turun oyunları keçiriləcək. Həmin gün ilk olaraq meydana “Azərreyl” və “Murov” klubları çıxacaq. Görüş saat 16:00-da başlanacaq. Turun növbəti qarşılaşmasında isə “Abşeron” və UNEC üz-üzə gələcək. Bu oyunun start fiti isə saat 18:00-da çalınacaq.

Kişi voleybolçular arasında Yüksək Liqada 10-cu turun oyunları martın 3-də keçiriləcək. Voleybol Mərkəzində təşkil ediləcək turun ilk matçı saat 16:00-da “Neftçi” və “Murov” komandaları arasında olacaq. Saat 18:00-da isə MOİK – “Xarı bülbül” dueli start götürəcək.

Bənzər xəbərlər