Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşdi
Kişilər və qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.
Msport.az xəbər verir ki, fevralın 22-də kişi voleybolçular arasında Yüksək Liqada üçüncü dövrənin növbəti oyunları keçiriləcək.
Həmin gün baş tutacaq 9-cu tura saat 16:00-da “Murov” – “Xarı bülbül” görüşü ilə start veriləcək. Ardınca saat 18:00-da “Neftçi” və MOİK komandaları üz-üzə gələcəklər.
Fevralın 23-də isə qadın voleybolçular arasında Yüksək Liqada üçüncü dövrənin son oyunları keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq 9-cu turun ilk matçı saat 16:00-da “Murov” və “Abşeron” komandaları arasında baş tutacaq. Bu qarşılaşmadan 2 saat sonra “Azərreyl” – UNEC dueli start götürəcək.