Azərbaycan klubu legioneri ilə vidalaşdı
“Gəncə” voleybol komandası Tailand millisinin üzvü Tiçakorn Bunlert ilə vidalaşıb.
Msport.az xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Voleybolçu “Gəncə”yə ötən ilin sentyabr ayında keçmişdi.