Azərbaycan klubunda yeni təyinat
“Abşeron”nun baş məşqçisi Erhan Tokerin daha bir köməkçisinin adına aydınlıq gəlib.
Msport.az xəbər verir ki, Emin Cəfərov bundan sonra komandanın uğurları üçün çalışacaq.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb. Mütəxəssis ilk dəfə yüksək liqa komandasının məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, buna qədər oyunçu kimi milli komanda, klub karyerasında isə “Qala”, “Neftçi” və “Şəki” kimi klubların şərəfini qorumuş Emin Cəfərov məşqçi kimi aşağı yaş qrupları üzrə komandalarda çalışıb.