featured-image-58016

Kişi həndbolçulardan ibarət “Kür” komandası bu gün Avropa Kubokunda növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Mingəçevir təmsilçisi 1/16 final mərhələsinin ilk matçında İslandiyanın “Haukar” komandası ilə qarşılaşacaq.

Mingəçevirdəki “Kür” Olimpiya İdman-Tədris Mərkəzində oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. Matçı Moldovadan olan referilər – Kristina Sirbu və Viktor Serdiuç idarə edəcəklər. Görüşün EHF (Avropa Həndbol Federasiyası) nümayəndəsi isə türkiyəli Kənan Gökmən olacaq.

Qeyd edək ki, komandalar arasında hər iki oyun Mingəçevirdə keçiriləcək. Noyabrın 30-da oynanılacaq ilk matçda “Haukar”, ertəsi gün təşkil ediləcək cavab görüşündə isə “Kür” meydan sahibi olacaq.

Bənzər xəbərlər