featured-image-44689

“Bu turnirə də yaxşı hazırlaşmışıq”.

Msport.az xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya “Şəki”yə 92:81 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Türkiyəli mütəxəssis hər komandada yorğunluğun olduğunu bildirib: “Çox mübarizəli oyun alındı. Qısa müddətdə artıq iki oyun keçirmişdik. Bu öz təsirini göstərirdi. Çox istirahət edə bilməmişdik. Nəticədə “Şəki” klubu müdafiə seçimini etdi, atışlarla önə keçməyə, dominantlıq etməyə çalışdı. Matçın əvvəlində atışlarımız yaxşı deyildi. Amma bilirdik ki, oyun getdikcə daha yaxşı olacaq”.

Baş məşqçi ikinci hissədən etibarən qarşılaşmada nəzarəti ələ aldıqlarını vurğulayıb: “Şəki” komandası rotasiyalara görə çətinlik yaşadı. Bu turnirə də yaxşı hazırlaşmışıq. Uşaqlar əllərindən gələni etdilər. Yarımfinal oynamaq üçün bacardığımızı edəcəyik. “Sabah”la oyunda mütləq qələbə qazanmalıyıq. “Sərhədçi” adına yaraşanı etmək üçün çalışacağıq”.

Bənzər xəbərlər