featured-image-82757

Azərbaycan Kubokunun 2026/2027 mövsümünün püşkatma mərasimi keçirilib.

Msport.az xəbər verir ki, tədbirdə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, texniki-idman direktoru Elgiz Abbasov, icraçı-direktoru Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, komandaların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Püşkün atılmasında xüsusi qonaq olaraq ölkənin ən titullu futbolçularından biri, Azərbaycan millisinin sabiq üzvü, hazırda 21 yaşadək futbolçulardan ibarət yığmada məşqçi kimi çalışan Qara Qarayev də iştirak edib.

Tədbirdə I və II təsnifat mərhələlərinin, həmçinin 1/8 finalın püşkü atılıb. Bu mərhələlərin oyunları bir görüşdən ibarət olacaq. 1/4 finaldan ev-səfər prinsipi tətbiq olunacaq.

34 komandanın qatıldığı Azərbaycan Kubokunun final matçı 2027-ci il mayın 12-də Gəncə stadionunda təşkil olunacaq.

 

Azərbaycan kuboku

I təsnifat mərhələsi

7-8 oktyabr

  1. “Marafon” – “Dinamo”
  2. “Qaradağ Lökbatan” – “Şəki”
  3. “Şirvan” – “Kür-Araz”
  4. “Ağdaş” – “Hypers”
  5. “Şəmkir” – “Ağstafa Gəncləri”
  6. “Difai” – “Zəngəzur”

 

II təsnifat mərhələsi

27-29 oktyabr

  1. “Şimal” – “Araz-Naxçıvan”
  2. 1-ci cütün qalibi – “Zaqatala”
  3. “İmişli” – 2-ci cütün qalibi
  4. 3-cü cütün qalibi – “Sumqayıt”
  5. “Qəbələ” – “Mingəçevir”
  6. MOİK – “Şahdağ Qusar”
  7. “Xankəndi” – “Gəncəbasar”
  8. 4-cü cütün qalibi – “Şamaxı”
  9. “Şəfa” – 5-ci cütün qalibi
  10. 6-cı cütün qalibi – “Karvan-Yevlax”
  11. “Səbail” – “Zirə”
  12. “Kəpəz” – “Baku Sportinq”

 

1/8 final

1-2 dekabr

  1. 7-ci cütün qalibi – 8-ci cütün qalibi
  2. “Sabah” – 9-cu cütün qalibi
  3. 10-cu cütün qalibi – “Qarabağ”
  4. 11-ci cütün qalibi – 12-ci cütün qalibi
  5. 13-cü cütün qalibi – 14-cü cütün qalibi
  6. “Neftçi” – 15-ci cütün qalibi
  7. 16-cı cütün qalibi – 17-ci cütün qalibi
  8. “Turan Tovuz” – 18-ci cütün qalibi

Bənzər xəbərlər