Azərbaycan Kubokunun püşkü atıldı
Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb.
Msport.az xəbər verir ki, 10 komanda beş iştirakçıdan ibarət iki qrupa bölünüb.
A qrupunda “Neftçi”, “Xəzri”, “Cəlilabad”, “Xırdalan” və “Sumqayıt”, B qrupunda “Sabah”, “Gəncə”, “NTD-İndiqo”, “Sərhədçi” və “Şəki” yer alıblar.
Komandalar bir-biriləri ilə dairəvi sistemlə oynayacaqlar. Qruplarda ilk iki yeri tutanlar yarımfinala vəsiqə qazanacaqlar.