featured-image-31736

Estoniya yığmasının baş məşqçisi Tomas Haberli Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransı keçirib.

Msport.az xəbər verir ki, 49 yaşlı mütəxəssis matça ciddi hazırlaşdıqlarını deyib:

“Üzərimizdə adi təzyiq var. Qrupumuzdakı digər 3 komanda güclüdür. Buna baxmayaraq, uğurlu nəticə qazanmağa çalışacağıq. Heyətlə bağlı yekun qərarı bu gün axşam verəcəyik”.

Haberli belə oyunlarda soyuqqanlı olmağın vacibliyini qeyd edib:
Azərbaycan millisi evdə yaxşı oynayır.
“Səbirli olmaq vacibdir. Bəzən 70, bəzən 80 dəqiqə buna ehtiyac olur. Bəzən həlledici zərbəni 70-ci dəqiqədən sonra vurursan. Buna görə də səbirlə çıxış edəcəyik”.

O, Azərbaycan yığmasının Avstriyaya 1:4, Estoniya seçməsinin isə 1:2 hesabı ilə məğlub olmasına münasibət bildirib: “Sonda hər iki komanda məğlub olub. Hesab arasındakı fərqin elə böyük fərqi yoxdur. İsveçə qarşı görüşdə hesab fərqli olsa da, Azərbaycan yaxşı oynamışdı. Vurulan qollara yox, xallara görə çıxış edirik”.

Bənzər xəbərlər