featured-image-26307

İsveç millisinin və “Hammarbü”nün futbolçusu Edvin Kurtuluş bu gün Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyununda meydana çıxmaq istəyir.

Msport.az xəbər verir ki, bu barədə Kosovo əsilli müdafiəçi yerli mətbuata müsahibəsində deyib.

23 yaşlı oyunçu ehtiyatda qalmaq istəmədiyini bildirib: “Hansı mövqedə oynamaq şansım olsa, orada oynayacağam və 100 faizimi verəcəyəm”.

O, qarşılaşma ilə bağlı da fikirlərini bölüşüb: “Topa sahib olduğumuz zaman daha kəskin olmalıyıq. Buraxdığımız lazımsız qolları minimuma endirmək lazımdır”.

Qeyd edək ki, Stokholmdakı “Frends Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Cahid

Bənzər xəbərlər