“Azərbaycan millisi mənim üçün yaxşı çağırışdır”
Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Rixard Trautman Avropa Cüdo İttifaqının (EJU) rəsmi saytına açıqlama verib.
Msport.az xəbər verir ki, o, komandamızdakı fəaliyyəti ilə bağlı bunları söyləyib:
“Cüdo Azərbaycanda olimpiya medalı gözlənilən 3 əsas idman növündən biridir. Buna görə, əlbəttə, təzyiq var. Amma istənilən halda mənim üçün yaxşı çağırışdır”.
Almaniyalı mütəxəssis ölkəsinin yığmasından ayrılmasının səbəbinə də toxunub. O bildirib ki, növbəti olimpiya tsiklində gələcək inkişafla bağlı fikir ayrılıqlarına görə, bu addım atılıb:
“Ona görə də razılaşmayacağımızı başa düşdük və əməkdaşlığı dayandırmağa qərar verdik”.