featured-image-35930

Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi bir günlük fasilədən sonra bu gün növbəti oyununa çıxıb.

Msport.az xəbər verir ki, rəqib Yunanıstan yığması olub. Görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupda son oyununu avqustun 23-də İsveçə qarşı keçirəcək.

22 avqust

Avropa çempionatı, C qrupu

19:00 Azərbaycan – Yunanıstan – 3:2 (22:25, 25:19, 27:29, 25:18, 15:12)

Bənzər xəbərlər