featured-image-6354

Qadın həndbolçulardan ibarət Azərbaycan yığma komandasının hazırlığı davam edir.

Msport.az xəbər verir ki, prosesə Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə start verən həndbolçularımız iyunun 16-dan Gürcüstandadırlar.

Komandamız baş məşqçi Slavisa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi ilə Tiflisdə keçirilən hazırlıqda Gürcüstan millisi ilə iki yoxlama görüşünda qüvvəsini sınayıb.

İyunun 18-də keçirilən birinci qarşılaşma 28:17 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.

İki gün sonra təşkil olunan növbəti görüş də Azərbaycan təmsilçisinin üstünlüyü ilə yekunlaşıb – 26:16.

Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına iyunun 24-da yekun vurulacaq.

Bənzər xəbərlər