Azərbaycan millisinin üzvü Çin klubunda
Azərbaycan millisinin voleybolçusu Odina Əliyevanın yeni klubu məlum olub.
Msport.az xəbər verir ki, 32 yaşlı hücumçu karyerasını Çində davam etdirəcək.
Əliyeva “Şenzen Jonqsay” klubu ilə müqavilə imzalayıb. O, 2022/23 mövsümünün sonunadək bu klubda çıxış edəcək.
Əliyeva mövsümə Filippində başlayıb. O, 2022-ci ilin ikinci yarısını “Çoko Muço Flinq Titans”da keçirib.
2015/16 mövsümündə “Azərreyl”də çıxış etmiş voleybolçu həmin vaxtdan sonra ölkə xaricində legioner həyatı yaşayır.