featured-image-5953

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyə yığması ilə iki yoxlama oyunu keçirəcək.

Msport.az AFFA-nın saytına istinadən xəbər verir ki, hər iki qarşılaşma iyunun 24-dən 29-dək İstanbulda gerçəkləşəcək təlim-məşq toplanışı zamanı baş tutacaq. Oyunlar iyunun 25-də və 28-də keçiriləcək.

Milli komandamız bundan əvvəl Bakıda toplanış keçəcək. Hazırlıq prosesi iyunun 18-də başlayacaq və 6 gün davam edəcək.

Baş məşqçi Siyasət Əsgərov təlim-məşq toplanışına 23 futbolçu dəvət edib:

1. Şərifova Aytac – Hakkarigücü (Türkiyə)
2. İsmayılova Günay – 8 – iOEUGiM
3. Əliyeva Nərgiz – KDZ Ereğli Bələdiyyə Spor (Türkiyə)
4. Güleryüz Göknur – Trabzonspor (Türkiyə)
5. Mirzəliyeva Nigar – Rubin (Rusiya)
6. Məmmədova Kamilla – KDZ Ereğli Bələdiyyə Spor (Türkiyə)
7. Hacıyeva Nərgiz – Hakkarigücü (Türkiyə)
8. Mollayeva Manə – 8 – iOEUGiM
9. Dorofeyeva Alina – Yenisey (Rusiya)
10. Əhmədova Ayşən – Rizəspor (Türkiyə)
11. Bakarandze Kristina – ALG Spor (Türkiyə)
12. Rəhimova Sona – Kayserispor (Türkiyə)
13. Əliyeva Coşqunə – KDZ Ereğli Bələdiyyə Spor (Türkiyə)
14. Hacıyeva Vüsalə – Fomget ve Genclik Spor (Türkiyə)
15. Seyfəddinova Vüsalə – Rizəspor (Türkiyə)
16. Teymurova Firəngiz – 8 – iOEUGiM
17. Məhsimov Jalə – ALG Spor (Türkiyə)
18. Acar Yeliz – Fatih Vətən (Türkiyə)
19. Bozdağ Peritan – Altay (Türkiyə)
20. Zerioul Nisrina – Bohum (Almaniya)
21. Cəfərzadə Sevinc – Krasnodar (Rusiya )
22. Parlak Nazlıcan – Konak Bələdiyyə Spor (Türkiyə)
23. Səfərəliyeva Pərvin – 8–iOEUGiM

Bənzər xəbərlər