Azərbaycan yığması Sudana qalib gəldi
Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Koya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib.
Msport.az xəbər verir ki, A qrupundakı ilk tur matçında rəqib Sudan yığması olub.
Görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 3:0. Pərviz Səmədovun baş məşqçi olduğu kollektiv ilk setdə 25:13, ikincidə 25:20, üçüncüdə isə 25:22 hesabı ilə üstün olub.
Növbəti görüş avqustun 11-də Kameruna qarşı olacaq.