featured-image-19533

Uzun illər ölkəmizdə işləmiş Kaxaber Tsxadadze “Şerif”dən təklif alıb.

Msport.az xəbər verir ki, Moldova klubunun baş məşqçi postu hazırda vakantdır. Tiraspol təmsilçisi 2009-2015-ci illərdə Bakı “İnter”nə rəhbərlik etmiş mütəxəssisə dəvət göndərsə də, o, təklifi müsbət cavablandıra bilməyib. Buna səbəb isə Tsxadadzenin ötən ay Qazaxıstanın “”Kaspi” klubuna baş məşqçi təyin olunmasıdır.

54 yaşlı mütəxəssis “Şerif”ə getməyi arzulasa da, cəmi bir aydır “Kaspi”nin sükanı arxasına keçdiyindən təklifi dəyərləndirə bilməyib.

Xatırladaq ki, Stepan Tomas oktyabrda Tiraspol klubunun baş məşqçi postundan istefa verib. Bir müddət Viktor Mixaylov onun vəzifələrini icra edib.

Bənzər xəbərlər