Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı
Azərbaycanlı voleybol hakimi Eldar Zülfüqarov növbəti Çempionlar Liqası oyununa təyinat alıb.
Msport.az xəbər verir ki, o, kişi komandalar arasında “Halkbank” (Türkiyə) – “Hebar” (Bolqarıstan) matçının baş hakimi olacaq.
Qrup mərhələsinin dördüncü turunun görüşü yanvarın 25-də Ankarada keçiriləcək.