Azərbaycanlı hakim Çempionlar Liqasında
Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov beynəlxalq təyinat alıb.
Msport.az xəbər verir ki, referi kişi voleybolçular arasında Çempionlar Liqasının oyununda ədaləti qoruyacaq.
E. Zülfüqarov C qrupunda mübarizə aparan Türkiyənin “Halkbank” və İtaliyanın “Gas Sales Daiko” komandalarının matçını idarə edəcək. Yanvarın 10-da “Başkənd İdman Zalı”nda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
AVF-nin Beynəlxalq əməkdaşlıq üzrə meneceri Nərgiz İsmayılova isə turnirin B qrupunda baş tutacaq “ACH Volley ” (Sloveniya) – “Trentino” (İtaliya) görüşündə supervayzer kimi hakimlərin işinə qiymət verəcək.