featured-image-59487

Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov bu il ilk təyinatını alıb.

Msport.az xəbər verir ki, o, qadın voleybolçular arasında Çempionlar Liqası qrup mərhələsinin son turu çərçivəsində Türkiyənin “Eczacıbaşı” ilə Fransanın “Levallua” klublarının görüşündə hakimlik edəcək.

Oyun yanvarın 22-də İstanbulda keçiriləcək. Qarşılaşmanın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.

Bu, Zülfüqarov üçün cari mövsümdə Çempionlar Liqasında üçüncü təyinatdır.

Qeyd edək ki, “Eczacıbaşı” pley-offa vəsiqəni təmin edib, “Levallua” isə qrupda sonuncudur.

Bənzər xəbərlər