featured-image-58767

Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov bu mövsüm Çempionlar Liqasında üçüncü oyununa təyinat alıb.

Msport.az xəbər verir ki, o, Türkiyənin “Eczacıbaşı” və Fransanın “Levallua” qadın komandalarının qarşılaşmasında hakimlik edəcək.

Oyun qrup mərhələsinin son turu çərçivəsində 2025-ci il yanvarın 22-də İstanbulda keçiriləcək.

Görüşün digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.

Qeyd edək ki, “Eczacıbaşı” pley-offa vəsiqəni təmin edib, “Levallua” isə turnir cədvəlində sonuncudur.

Bənzər xəbərlər