featured-image-44170

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidentinin müşaviri, CEV İdarə heyətinin üzvü Cəlil Cəfərov avrokubokun final oyununa təyinat alıb.

Msport.az xəbər verir ki, o, qadın voleybolçular arasında Çağırış Kubokunun həlledici matçında CEV rəsmisi kimi meydana çıxacaq.

C.Cəfərov Fransanın “Neptunes” və İtaliyanın “İqor Qorqonzola” komandalarının qarşılaşmasında hakimlərin və supervayzerin işini qiymətləndirəcək.

Bu görüşün ədalət təmsilçiləri monteneqrolu Yelena Mitroviç və polşalı Voytsek Maroşek olacaq. Matç fevralın 28-də “Zal Sportive Metropolitaine” arenasında oynanılacaq.

Finalın ilk oyunu İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər