featured-image-43770

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişmana növbəti dəfə etimad göstərilib.

AVF-nin mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, həmyerlimiz qurum tərəfindən kişi voleybolçular arasında CEV Kubokunun yarımfinal matçına təyinat alıb.

O, fevralın 21-də Türkiyənin İzmir şəhərində keçiriləcək “Arkas” və “Lüneburq” (Almaniya) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qarşılaşmanın hakimləri bolqarıstanlı Atanas Varbanov və çexiyalı Zdenek Qrabovski olacaq.

Bənzər xəbərlər