Azərbaycanlı Tibb Komissiyasına üzv seçildi
Azərbaycan Voleybol Federasiyasının (AVF) həkimi Vüsalə Kazımova Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Tibb Komissiyasına üzv seçilib.
Msport.az xəbər verir ki, bu barədə AVF-nin mətbuat xidməti məlumat yayıb.
Bu, FIVB-nin İdarə heyətinin ilk iclasında baş verib. Toplantıda FIVB komissiyalarının 2024-2028-ci illər üzrə tərkibi müəyyənləşib.
Qeyd edək ki, V. Kazımova həmçinin Avropa Voleybol Konfederasiyasının da Tibb Komissiyasının üzvüdür.