featured-image-54440

NTD klubu Linton Braunla mövsümün sonuna kimi müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, 24 yaşlı ABŞ-li universal basketbolçu həm atış müdafiəçisi, həm də kiçik forvard mövqelərdə oynaya bilir.

Oyunçunun son klubu “Vayland Baptist University” olub.

Qeyd edək ki, NTD bundan əvvəl daha 2 amerikalı basketbolçunu heyətinə qatıb. Bunlar Zion Patterson və Kaleb Burgesdir.

Bənzər xəbərlər