Bakıda bir gündə 3 avrokubok matçı - AFFA UEFA ilə danışıqlara başladı
Azərbaycanı avrokuboklarda təmsil edən “Qarabağ”, “Sabah” və “Neftçi” gələn həftə III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.
Maraqlıdır ki, Avropa Liqasında mübarizə aparan Ağdam təmsilçisi və Konfrans Liqasında çıxış edən Bakı klubları eyni gündə – avqustun 10 meydana çıxacaqlar. Hər üç qarşılaşma paytaxtda baş tutmalıdır.
AFFA-dan Msport.az-a verilən məlumata görə, oyunlardan birinin yerinin dəyişdirilməsi ilə bağlı UEFA-nın Yarışların Keçirilməsi Departamenti ilə danışıqlar aparılır.
Qeyd edək ki, bu mərhələdə “Qarabağ” HİK-lə, “Sabah” “Partizan”la, “Neftçi” isə “Beşiktaş”la qarşılaşacaq.







