Bakıdakı oyunların yeri dəyişdiriləcəkmi? - UEFA qərarını açıqladı
UEFA AFFA-nın üç avrokubok oyununun eyni gündə Bakıda keçirilməməsi ilə bağlı müraciətinə cavab verib.
Milli assosiasiyadan Msport.az saytına verilən məlumata görə, Avropa futbol qurumu qərarını qüvvədə saxlayıb:
“UEFA-dan bizə cavab verildi ki, qonaq komandalardan biri razılaşarsa, matçlardan biri avqustun 9-da keçirilə bilər. Lakin rəqib komandalar səfər proqramını öncədən tərtib etdiklərindən bununla razılaşmadılar. Nəticədə, UEFA yekun qərarı verdi ki, oyunlar bir gündə avqustun 10-da keçirilsin”.
Qeyd edək ki, avqustun 10-da Avropa Liqasında “Qarabağ” HİK-i, Konfrans Liqasında isə “Neftçi” “Beşiktaş”ı, “Sabah” “Partizan”ı qəbul edəcək.







