"Bakılı" gələn mövsüm I divizionda çıxış etmək istəyir - Misir Əbilov böyük futbola qayıda bilər
“Bakılı” klubu gələn mövsüm I divizionda çıxış etmək istəyir. Msport.az-ın əldə etdiyi məlumata görə, klubun prezidenti Misir Əbilov bu günlərdə AFFA-ya gedərək, məsələlərlə maraqlanıb. “Bakılı” gələn mövsüm ev oyunlarını keçirmək üçün stadion axtarır. Hazırda klub nümayəndələri Şüvəlanda yerləşən “AZAL Arena” və “ASK Arena” (Şəfa” stadionu) ilə danışıqlar aparır.
Paytaxt klubu sonuncu dəfə I dəstədə 2016-1017-ci illər mövsümündə mübarizə aparıb.
Qeyd edək ki, “Bakılı” klubu 1995-ci ildə yaradılıb. Əvəllər “Araz” adlanan komanda 1998-ci ildən “Bakılı” adı altında çıxış edib. 1997-ci ildə Premyer Liqaya vəsiqə qazanan komanda bir neçə il yüksək liqada iştirak edib.
“Bakılı” 2003-2004-cü illər mövsümündə Azərbaycan kubokunda yarımfinala kimi irəliləyib. Hazırda “Bakcell Arena”nın yeri Misir Əbilova məxsus olub və orada stadion tikmək istəyib. Lakin sonradan həmin yeri SOCAR-AFFA-ya satıb.
AYXAN