featured-image-7287

Maltada basketbol üzrə kiçik ölkələrin Avropa çempionatı başa çatıb.

Msport.az xəbər verir ki, milli komandamız 3-cü yer uğrunda oyunda Andorra yığmasına 75:84 hesabı ilə məğlub olub.

Avropa çempionu adını isə finalda Maltanı 84:68 hesabı ilə məğlub edən Ermənistan komandası olub.

Qeyd edək ki, turnirdə cəmi 6 komanda mübarizə aparıb.

2021-ci ilin dekabrında Təhsil naziri Emin Əmrullayev Basketbol Federasiyasının prezidenti seçildiksən sonra ümid edirdik ki, bu idman növündə inkişaf olacaq, millimiz uğurlu nəticələri ilə bizi sevindirəcək. Amma görünür, cənab nazir daha çox təhsilə vaxt ayırdığından (hərçənd orda də vəziyyətin yaxşı olduğunu demək olmaz) basketbol yada düşmür.

Bu ilin mayında millimizin baş məşqçi postuna təyin olunan Aleksandar Trifunoviç də ilk sınağından “qeyri kafi” aldı. Halbuki serbiyalı mütəxəssis kiçik ölkələrin Avropa çempionatına yollanmamışdan öncə iyunda jurnalistlərə verdiyi açıqlamada deyirdi ki, Ermənistanla qarşılaşsaq, bu, ən asan oyunumuz olacaq”. Yaxşı ki, Ermənistanla üz-üzə gəlmədik. Həmin Ermənistan kimi Maltadan çempion kimi dönür.

Bənzər xəbərlər