featured-image-49260

Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final oyununa çıxıb.

Msport.az xəbər verir ki, yığma Kipr seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:12 hesabı ilə məğlub edərək Avropa Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.

Bənzər xəbərlər