featured-image-44071

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb.

Msport.az xəbər verir ki,Tahir Baxşıyevin rəhbərlik etdiyi  kollektiv Avropa A qrupunun II turunda Kosovonu məğlub edib.

“Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən görüş yığmamızın 87:77 hesablı qələbəsi ilə yekunlaşıb

Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsveçrəyə (53:72) məğlub olub.

Bənzər xəbərlər