Basketbolçu yanğında öldü
Polşalı veteran basketbolçu Zbiqnev Markuleviç vəfat edib.
Msport.az xəbər verir ki, Polşa Basketbol Assosiasiyası sabiq idmançının yanğında öldüyünü açıqlayıb.
Faciə Novodzel kəndində baş verib. Onu yanan binadan çıxarsalar da, həyatını xilas etmək mümkün olmayıb.
Polşa Premyer Liqasının “Belostok”, “Tarnov” və “Staroqard Qdanski” komandalarının 46 yaşlı keçmiş basketbolçusu 11 mövsüm ərzində ümumilikdə 285 oyun keçirib. 2002/2003 mövsümündə liqanın ən yaxşı blokçusu seçilib.