featured-image-18763

Xorvatiya millisinin kapitanı Luka Modriç dünya çempionatının yarımfinalında Argentinaya məğlub olmalarını (0:3) şərh edib.

Msport.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi birinci qolun onu narahat etdiyini deyib:

“Məncə, orda penalti yox idi. Ondan əvvəl isə bizim xeyrimizə korner verilməli idi. Bu, oyunun qırılma anı oldu. Buna qədər yaxşı oynayırdıq, nəzərət bizdə idi. Sadəcə hücumda bir az kəsər çatışmırdı.

Bu penaltiyə qədər rəqib bizə ciddi təhlükə yaratmırdı. Fikrimcə, belə oyunda o cür penalti verilməməlidir. Sonra biz ikinci qolu buraxdıq, topun səkməsi ilə onların bəxti gətirdi. Bundan sonra artıq oynamaq çətin oldu”.

Bənzər xəbərlər