featured-image-4530

Milli komandamızın və Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli Çempionlar Liqasının finalında hansı komandaya azarkeşlik edəcəyini deyib.

Msport.az xəbər verir ki, 24 yaşlı futbolçu Kərim Benzemanın oyununu bəyəndiyini deyib:

“Finalda iki güclü komanda üz-üzə gələcək. Kərim Benzema üçün əla bir mövsüm keçdi. Hücumçu kimi onun oyununu bəyənirəm. “Real Madrid” qalib gəlsə, yəqin ki, Benzema “Qızıl top”u da alacaq. Ona görə finalda Madrid klubunun qalib gəlməsini istəyirəm”.

Qeyd edək ki, bu gün saat 23:00-da Parisdə keçiriləcək final oyununda “Real” “Liverpul”la qarşılaşacaq.

Bənzər xəbərlər