featured-image-34704

Türkiyə “Beşiktaş”ı Konfrans Liqasının III təsnifat mərhələsinin “Neftçi” ilə oyunları üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb.

Qapıçılar: Mert Günok, Ersin Destanoğlu, Utku Yuvakuran
Müdafiəçilər: Daniel Emerti, Onur Bulut, Omar Koli, Artur Masuaku, Umut Meraş, Fransisko Montero, Valentin Rosye
Yarımmüdafiəçilər: Oğuzhan Akgün, Emrecan Bulut, Gedson Fernandeş, Raşid Gezzal, Amir Haciahmetoviç, Kerem Atakan, Cin Onana, Salih Uçan, Necip Uysal, Kartal Yılmaz
Hücumçular: Vinsent Abubakar, Semih Kılıçsoy, Cekson Muleka, Ante Rebiç, Cenk Tosun

Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra İstanbulda olacaq.

Bənzər xəbərlər