featured-image-34669

Futbol meneceri Erkin İbrahimov Azərbaycan klublarının avrokubokların II təsnifat mərhələsindəki çıxışını dəyərləndirib.

O, Msprot.az saytına açıqlamasında əvvəlcə “Qarabağ”ın Çempionlar Liqasında “Rakuv”la görüşlərini (2:3, 1:1) şərh edib:

“Futbolda hər şey mümkündür. “Qarabağ”ı qınayırıq. Onda “Ludoqorets” neyləsin? Büdcəsi Ağdam klubundan 2-3 dəfə çoxdur. 2 milyona oyunçu alırlar, amma “Olimpiya” (Lyublyana) komandasına uduzdular. Eləcə də “Ferensvaroş”. “Qarabağ”ın saxlaya bilmədiyi futbolçunu aldı, lakin Artyom adası boyda ölkənin klubuna məğlub oldu. Biz bu təfəkkürlə ancaq yıxılanı baltalamağa çalışırıq. Bəziləri sanki pusquda dayanıblar. Kimi futbol savadı olmadığı üçün, kimi də başqalarının sözü ilə addım atır, “Qarabağ” bir oyun uduzan kimi tüfənglərini çıxarırlar. Nə biz futbola yaraşırıq, nə də futbol bizə. Bizdə kim kimə “brasok” atdı, kim kimə “çerez sebya” vurdudu”.

“Sabah” və “Neftçi”ni mərhələ adlamaları münasibərilə təbrik edən İbrahimov onların öz rəqiblərindən ustalıq baxımından üstün olduqlarını söyləyib: “Sadəcə, bunu sübut etmək qalırdı. İndiki məqamda “Neftçi”dən məzmunlu oyun gözləmək yersizdir. Yeni baş məşqçi gəlib, komanda hücumçusuz oynayır. Komandada yenilənmə dövrü olacaq. Pozitiv məqam odur kiz Regekampfın dövrü ilə müqayisədə indi daha “diri” oynayırlar. Mutu məşqçi kimi çox tanınmasa da, böyük futbolçu olduğundan oyunçularla düzgün ünsiyyət qurmağı bacarır, onları motivasiya etməyi gözəl bilir. Məncə, işləri düz qurdular, tez-tələsik qərar vermədilər. Düzgün seçim etdikləri üçün rəhbərliyi təbrik edirəm”.

Menecer “Sabah”ın III raunda yüksələcəyinə əvvəldən inandığını vurğulayıb: “RFŞ-in potensialını bilirdim. Hər yerdə deyirdim ki, “Sabah” iki oyunda da qələbə qazanıb mərhələni keçəcək. Sadəcə, oyun baxımından ideal futbol görmədik. Yeni transferlər uyğunlaşma problemi yaşayırlar. Deyirlər ki, əvəzolunmaz futbolçu yoxdur. Mən bu fikirlə razı deyiləm. Aleksey Kaşuk olsaydı, bəlkə də “Sabaha ilk hissədə məsələni həll edərdi. Yeni oyunçulara vaxt lazımdır. Bununla belə, RFŞ-i keçdilər. Növbəti rəqib “Partizan”dır. Serbiya klubu heç də yaxşı günlərini yaşamır. Rəhbərlik və azarkeşlər arasında narazılıq var. Ötən mövsüm çempionatda ikinci yeri belə, tuta bilmədilər. Oynamaq olar. Balkan klubları Azərbaycan təmsilçilərinə çox böyük hörmətlə yanaşır, bizdən çəkinirlər”.

İbrahimov “Qəbələ”nin oyununu isə çox şərh etmək istəmədiyini deyib: “Omoniya” ilə səviyyə fərqi ortada idi. Əslində bu cür olmamalıdır. Komanda vuruşur, çempionatda “Zirə”ni keçib avrokuboklara vəsiqə qazanır, sonra top futbolçuları gedir və yenidən komanda yığırlar. Təbii ki, belədə mərhələ adlaya bilməyəcəklər. Hər qələbə, heç-heçə ölkəyə reytinq xalları qazandırır. İki oyuna 7 top buraxdılar. Belə olmaz. Sanki, 90-cı illərə qayıtmışıq. Ondansa, avrokuboklara “Zirə” gedərdi. Bu cür yanaşma düzgün deyil. Avrokuboklara çıxmısansa, əsas oyunçuları saxlamaq lazım idi”.

Bənzər xəbərlər