featured-image-25800

“Qəbələ”nin vingeri Rövlan Muradovun Msport.az saytına müsahibəsi.

  • Şamaxı” üzərində son qələbədən sonra “Zirə”dən 1 xal geri qalırsız. Sizcə, “Qəbələ” bu il 4-cü yeri tuta biləcək?
  • Son oyunda layiqli qələbə qazandığımızı düşünürəm. 4-cü yer uğrunda gərgin mübarizə gedir.  Ümid edirəm ki, 4-cü yerə yüksələ biləcəyik və çempionatın sonuna kimi həmin pillədə qalacağıq.
  • “Qəbələ”nin avrokuboklara düşmək şansını necə qiymətləndirirsiniz?
  • Avrokuboklara vəsiqə qazana bilərik. Şansımız yüksəkdir. Hər şey öz əlimizdədir. Kubokda da yarımfinala yüksəlmişik. İnanıram ki, keçən ilki kimi avrokuboklarda çıxış edə biləcəyik.
  • Axır vaxtlar start heyətində az oynayırsız, daha çox sonradan meydana daxil olursuz. Bu nə ilə bağlıdır?
  • Bu məşqçilərin qərarıdır. Heç nə deyə bilmərəm. Beş dəqiqə belə oyunda olsam, əlimdən gələnin maksimunu etməyə çalışıram.
  • Əvvəl sanki daha yaxşı formada idiz. Son vaxtlar özünüzdə bir geriləmə hiss etmirsiz?
  • Düzünü desəm, hə, bir az əvvəlki formamdan sanki uzaq düşmüşəm. Özüm də hiss edirəm. Bunun üzərində də işləyirəm, həm fiziki, həm də psixoloji olaraq. Məşqlərdə əlimdən gələni edirəm. Yaxın vaxtlarda pik formaya yüksələcəyimə ümid edirəm.
  • Milli komandamızı qarşıda Avstriya və İsveçlə Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir. Heyət açıqlanmamışdan gözləyirdiniz ki, sizi də çağırarlar?
  • Doğrusu, millidən dəvət gözləyirdim. Amma qismət. Həyat davam edir. Bu mənə daha çox stimul verir ki, güclənim və çox çalışım. Milli komandada oynamaq hər kəs üçün bir şərəf və qürur olmalıdır. Yığmada ölkə üçün, Azərbaycanın adı üçün çıxış edirsən. Mən belə düşünürəm və hər zaman millnin formasını geyməyə hazır olmalıyam.
  • Millimizin qarşıdakı oyunlarından nə gözləyirsiniz. Avstriya və İsveçdən xal almağımız mümkündür?
  • Ümid edirəm ki, yığmamız bu səfər matçlarında yaxşı oyun göstərib xal və ya xallar qazana biləcək.
  •  Əsas qapıçı Şahruddin Məhəmmədəliyev zədəlidir. Heyətdə komanda yoldaşın Səlahət Ağayev, Emil Balayev və gənc Yusif İmanov var. Sizcə, qarşıdakı görüşlərdə İmanova şans vermək olar?
  • Səlahətlə Emil daha təcrübəlidirlər. Yusif isə gəncdir, 20 yaşı var. Baş məşqçi çərçivəni kimə həvalə etsə, arzu edirəm ki, işinin öhdəsindən gəlsin.
  •   AYXAN  

Bənzər xəbərlər