featured-image-55676

“Məşqlərimiz intensiv şəkildə gedir, kollektivdə münasibətlərimiz çox əladır. Anlaşma səviyyəmiz də yüksəkdir, bir-birimizə dəstək oluruq”.

Msport.az xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu İsmayıl Əliyev deyib.

O, yeni mövsümə hazırlıq planlarından və komandanın hazırkı durumundan danışıb: “Yeni baş məşqçimiz Aleksandr Mixaylovla ünsiyyətimiz də qaydasındadır, məşqlərdə onun verdiyi tapşırıqları anlayırıq və yerinə yetiririk. Yeni legionerlərin səviyyəsi haqqında isə çempionat başlayandan sonra məlumat verə bilərəm, məşq prosesində hamısı özünü yaxşı tərəfdən göstərir”.

Kapitan pley-off şanslarından da söz açıb: “Hər bir komanda kimi biz də mövsümü çox yaxşı keçirmək istəyirik və oyunlarda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Amma səfər matçlarımız bölgələrdə olacağından bu, həm fiziki, həm də mənəvi cəhətdən bizi yora bilər. Düşünürəm ki, bunun öhdəsindən gələcəyik. Pley-offa düşmək üçün sona qədər mübarizə aparacağıq. Əsas hədəf də elə pley-offa vəsiqədir”.

Kapitan “Sumqayıt”ın azarkeşlərinə də səslənib: “Ötən mövsüm azarkeşlərimiz arenaya elə də çox gəlmirdi, ümid edirəm ki, bu mövsüm tribunada onların dəstəyini hiss edəcəyik. Sumqayıtlı azarkeşləri oyunlarımızı izləməyə dəvət edirəm”.

Qeyd edək ki, “Sumqayıt” mövsümün ilk oyununda “Ordu”nu sınağa çəkəcək. Matç oktyabrın 20-də keçiriləcək.

Bənzər xəbərlər