featured-image-26189

“Bizə xal lazımdır və bazar ertəsi komandamızı çox vacib matç gözləyir”.

Msport.az xəbər verir ki, bunu İsveç millisinin futbolçusu Deyan Kulusevski yerli mətbuata açıqlamasında deyib.

Martın 27-də evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu barədə fikirlərini bölüşən 23 yaşlı hücumameylli yarımmüdafiəçi Belçikaya məğlubiyyətdən sonra vəziyyəti düzəltməli olduqlarını bildirib: “Artıq ötən matçı unutmalıyıq. İstəmirəm, kiminsə bizə yazığı gəlsin. Sabah qalib gəlib yenidən öz yolumuza qayıdacağıq”.

Qeyd edək ki, Solna şəhərində keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

CAHİD

Bənzər xəbərlər