featured-image-31954

“Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Avstriyada “Qarabağ”a qarşı keçirəcəkləri yoxlama oyunundan danışıb.

Msport.az xəbər verir ki, rusiyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında komandasını ciddi sınaq gözlədiyini bildirib:

“Toplanış çərçivəsində xüsusilə “Qarabağ” və “Zaltsburq”la oynamağı planlaşdırırıq. Bizim üçün siddi sparrinq olacaq”.

Qeyd edək ki, “Qarabağ” Avstriyada 3 yoxlama matçı keçirəcək. “Köhlən atlar” iyunun 27-də “Ferentsvaroş”la, iyulun 1-də isə “Legiya” ilə üz-üzə gələcək. Üçüncü rəqib isə hələlik bəlli deyil.

Bənzər xəbərlər