Braziliya millisi baş məşqçisiz qaldı
Futbol üzrə Braziliya yığmasının baş məşqçisi Tite istefa verib.
Msport.az xəbər verir ki, o, dünya çempionatının 1/4 finalında Xorvatiyaya uduzduqları oyundan sonrakı mətbuat konfransında vəzifəsindən ayrıldığını açıqlayıb:
“Braziliya yığmasındakı vəzifəmlə vidalaşıram. Amma bunu drama çevirməyə əsas yoxdur. Çünki bunu 1.5 il öncə söyləmişdim. Yerimə gələ biləcək başqa möhtəşəm məşqçilər var”.
Xatırladaq ki, 1:1 hesabı ilə yekunlaşan oyunda Xorvatiyaya penaltilər seriyasında (2:4) məğlub olan Braziliya millisi DÇ-2022 ilə vidalaşıb. Buna qədər qrupdan lider kimi çıxmağa nail olan Braziliya yığması, 1/8 finalda Cənubi Koreyanı üstələmişdi.