featured-image-4308

 

 

 

Dünən Gürcüstan çempionatında liderlərin – Batumi “Dinamo”su ilə “Samqurali”nin oyunu keçirilib.

Msport.az xəbər verir ki, matç 4:4 hesabı ilə heç-heçə başa çatıb.

Təsəvvür edin ki, artıq 18-ci dəqiqədə hesab 2:2 imiş. Ancaq məqsədimiz heç də oyunun təfərrüatlarına varmaq deyil. Qarşılaşmanın görüntülərini izləyirsən, sanki Gürcüstan çempionatı yox, hansısa Top-5 liqasıdır. Müasir, gözəl stadion. 20 minlik arena ağzına kimi dolub –  bir sözlə, futbol adına yaraşan hər şey var. Kadrlara baxdıqca adam fikirləşir ki, bu da bizim bəyənmədiyimiz Gürcüstan.

Daim Gürcüstan klub futbolunun geridə qaldığını, onların maliyyə vəziyyətinin ürəkaçan olmadığını xatırladırıq. “Dinamo” – “Samqurali” qarşılaşmasının görüntülərinə baxdıqca yadıma düşür ki, Azərbaycan Premyer Liqasının son turunda əbədi rəqiblər – “Qarabağ” və “Neftçi” üz-üzə gəldi. Çempionla gümüş mükafatçının oyununa isə 2700 azarkeş gəlmişdi. Hələ nəzərə almaq lazımdır ki, həmin görüşdən sonra “Zirə”yə bürünc medal təqdim olunacağından “Azərsun Arena”da neytral azarkeşlər də olub. İndi siz deyin, Gürcüstan çempionatı maraqlıdır, yoxsa Azərbaycan Premyer Liqası?

Hazırda “Dinamo”nun heyətində olan Xviça Jvaratsxeliya dubl edib. O, gələn mövsüm artıq A seriyasında – “Napoli”də çıxış edəcək.

 

 

media-din-1media-din-3

Bənzər xəbərlər