Bu gün: Azərbaycan – Malta
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün ilk yoxalam oyununa çıxacaq.
Msport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda Malta ilə qarşılaşacaq.
Macarıstanın Sombatxey şəhərindəki “Haladaş” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Hazırda Azərbaycan millisi FİFA reytinqində 124-cü, Malta isə 162-ci yerdə qərarlaşıb.
Azərbaycan millisi Avstriya toplanışında 2-ci və sonuncu matçını iyunun 9-da San Marinoya qarşı keçirəcək.
5 iyun
22:00. Azərbaycan – Malta
Baş hakim: Mixali Kaprali (Macarıstan)
Sombatxey, “Haladaş” stadionu







