"Bu gün sənin dostun və məşqçin pis qərar verdi" - Corcinya Rodriqes
Kriştianu Ronaldunun xanımı Corcina Rodriqes Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuşu tənqid edib.
Msport.az xəbər verir ki, Corcina sosial şəbəkədə etdiyi paylaşımda 68 yaşlı mütəxəssisi Ronaldunu start heyətində meydana buraxmadığı üçün qınayıb:
“Bu gün sənin dostun və məşqçin pis qərar verdi. Həmin dostun ki, sən həmişə ondan hörmət və heyranlıqla danışırsan. Həmin dostun ki, sən meydana çıxanda gördü, oyun necə dəyişdi, amma gec idi. Dünyanın ən yaxşı futbolçusunu, özünün ən güclü silahını qiymətləndirməmək olmaz. Həyat bizə dərslər verir. Bu gün biz uduzmadıq, bu gün biz öyrəndik. Kriştianu, biz sənə heyranıq”.