featured-image-28361

Qadınlardan ibarət güləş üzrə milli komandamızın lideri Mariya Stadnik (50 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatındakı qələbəsini şərh edib. Msport.az UWW-nin rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın üzvü 9 qat qitə çempionu olub:

“Məndə həmişə qələbə qazanmaq üçün motivasiya olur. Uşaqlıqdan qələbə qazanmaq istəyi var və bu, tükənmir. Oksana Livaçla (finaldakı rəqibi) hələ Ukraynada bir yerdə məşq etmişik. O, mənə kiçik bacım kimidir. İldən-ilə o, daha da güclü olur. Biz daha bir yerdə məşq etmirik. Onun çox yaxşı perespektivləri var. Ümid edirəm ki, Paris Olimiadasına vəsiqə qazana biləcək.

Düzünü desəm, bu yarış mənə çox da zövq vermədi. Amma ən vacibi nəticədir. Tokio Olimpiadasından sonra bir az fasilə verdim. Fikirləşirdim ki, güləşlə məşğul olmağa davam edim, ya yaşıma görə idmandan gedim. Bilmirdim, fiziki hazırlığım qaydasında olacaqmı. Lakin gördüyünüz kimi hələ də güləşirəm. Yanvarda məşqlərə başlamışam, odur ki, hələ tam formada deyiləm. 18 yaşım olanda daha çox həyəcanım və motivasiyam olurdu. İndi hər şey adiləşib, lakin mən yenə də uduzmaq istəmirəm”.

Stadnik indiyə qədər iki dəfə Olimpiya oyunlarının finallarında məğlub olub. O, bu dəfə dünya və Olimpiya çempionu Yui Susakini məğlub etməyin yollarını axtaracaq. Yaponiya güləşçisi Stadniki dörd dəfə üstələyib: “Mənim hələ bir il vaxtım var, fikirləəşim ki, onunla necə mübarizə aparım. Hər şeyi düşünəcəm”.

Millimizin üzvü uşaqlarına karyerasını bitirmək istəməsi ilə bağlı danışdığını deyib: “Yadımdadır, uşaqlarıma dedim ki, pensiyaya çıxmaq istəyirəm. Oğlum balaca olanda həmişə mənə deyirdi ki, “ana, nə olar, yarışlara getmə”. İndi isə o, deyir ki, “ana, sən elə güclüsən, dayanma”. Onlar mənim ən böyük azarkeşlərimdir. Onlar balaca olanda başa düşmürdülər ki, mən hara belə gedirəm.

İstəyirdim ki, himn 10-cu dəfə səslənsin. On yaxşı rəqəmdir. Həm də demək istəyirəm ki, bu qələbəni vətənimə – Ukraynaya həsr edirəm”.

AYXAN  

 

Bənzər xəbərlər