featured-image-18604

İngiltərə millisinin kapitanı Harri Keyn dünya çempionatının 1\4 finalında Fransaya uduzduqları (1:2) oyunla bağlı fikirlərini bildirib. Msport.az BBC-yə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu məsuliyyəti öz üzərinə götürüb:

“Bunu qəbul etmək mənə də komandaya da çətindir. Bununla yaşamalı olacam. Məsuliyyəti öz üzərimə götürməliyəm.

Bu komanda ilə fəxr etməmək mümkün deyil. Bizim epizodlarımız daha təhlükəli idi, ancaq futbolda hər şeyi xırda detallar həll edir. Kapitan və penaltini vura bilməyən oyunçu kimi məsuliyyəti öz üzərimə götürürəm.

Mən özümü inamlı hiss edirdim. Sadəcə penaltini istədiyim kimi vura bilmədim”.

Xatırladaq ki, 84-cü dəqiqədə hesab 2:1 Fransanın xeyrinə olarkən, İngiltərə penalti vurmaq hüququ qazansa da, Keyn topu qapının üstündən göndərib.

Bənzər xəbərlər