Cəlal Hüseynov Bolqarıstanda dubl etdi
Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
Msport.az xəbər verir ki, həmyerlimizin komandası 34-cü turda “Botev”in qonağı olub.
Start heyətdə meydana çıxan və sona qədər oynayan Cəlal bu görüşdə dubl edərək komandasına qələbə qazandırıb – 2:1. 23 yaşlı müdafiəçi 61 və 70-ci dəqiqələrdə fərqlənib.
Cəlal Hüseynov matçın ən yaxşı oyunçusu seçilib.
Bu nəticədən sonra “Arda” 48 xalla 7-ci pillədə qərarlaşıb.







