“Cəlilabad”dan əzmkar qələbə
Azərbaycan Basketbol Liqasında XIII turun növbəti oyunu keçirilib.
Msport.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Cəlilabad” “Şəki”ni qəbul edib.
Sonuncu hissədə 15 xallıq fərqi aradan qaldıran ev sahibləri gərgin oyunun yekununda 90-86 hesablı qələbə qazanıblar.
Görüşün ən məhsuldar basketbolçuları “Cəlilabad”dan Zaur Paşayev (26 xal, 3 asist), “Şəki”dən Pol Dibal (25 xal, 4 ribaund) olublar.
Qeyd edək ki, turun son matçı fevralın 4-də “NTD-İndiqo” və “Xəzri” komandaları arasında baş tutacaq.