featured-image-18833

Lionel Messi bildirib ki, Argentina millisinin DÇ-2022-də qələbəsi ona rekordlarından daha vacibdir.

Msport.az xəbər verir ki, yarımfinalda Xorvatiya ilə matçda penaltidən fərqlənən PSJ-nin hücumçusu dünya çempionatlarında 11-ci qolunu vurub.  O, Qabriel Batistutanı (10 qol) geridə qoyaraq mundiallarda ən çox qol vurmuş argentinalı futbolçu olub:

“Bütün bunlar yaxşıdır. Lakin ən vacibi komandanın uğurudur. Bizim cəmi bir addımımız qalıb. Biz səylə mübarizə apardıq, indi isə bütün gücümüzü qoyacağıq ki, bu dəfə hər şey alınsın”.

Xatırladaq ki, Argentina və Fransa arasında final görüşü dekabrın 18-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Bənzər xəbərlər